✱


Star4, Fast Solutions brendi olub, ulduz ilə başlayan eksklüziv qısa biznes nömrələrini təqdim edir. Yadda qalan bu nömrələr şirkətinizin müştərilər tərəfindən asanlıqla xatırlanmasını, prestijli görünməsini və rahat əlaqə qurmasını təmin edir. “Ulduz dördrəqəmli" (*XXXX) qısa nömrələrə edilən zənglərin qiyməti ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən operatorların müəyyən etdiyi tariflərə əsasən hesablanır.

Fast Solutions, bizneslərin müştərilərlə daha effektiv, peşəkar və etibarlı ünsiyyət qurması üçün optimallaşdırılmış əlaqə və marketinq həlli təqdim edən texnoloji şirkətdir. Məqsədimiz markaların bazarda daha görünən olması, daha tez yadda qalması və müştərilər üçün davamlı əlçatan qalmasını təmin etməkdir. Bizneslərə prestijli, peşəkar, etibarlı və yadda qalan ünsiyyət təcrübəsi təqdim etməklə, onların brend dəyərini və müştəri ilə əlaqə keyfiyyətini gücləndirən əlaqə həlli yaratmağa fokuslanırıq.